Ermənistanda müxalif deputatın evində niyə axtarış aparılıb? – DETALLAR AÇIQLANDI

Hazırda oxunan: Ermənistanda müxalif deputatın evində niyə axtarış aparılıb? – DETALLAR AÇIQLANDI

621078

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Daşnaksütun (ARF) Partiyasının Ali Qurumunun təmsilçisi, "Ermənistan" blokundan olan deputat İşxan Saqatelyanın evində və avtomobillərində axtarış aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Sputnik Armenia"ya açıqlamasında onun həmkarı, deputat Qeqam Manukyan təsdiqləyib.

Müstəntiqlər səhər saat 08:30 radələrində müxalif siyasətçinin evinə gəliblər. Axtarış zamanı vəkil Sergey Arutyunyan da daxil olmaqla, heç kimin evə daxil olmasına icazə verilməyib.

Ermənistan İstintaq Komitəsi müxalif deputatın evində keçirilən axtarışların səbəbini rəsmən açıqlayıb və cinayət işinin təfərrüatlarını təqdim edib.

Qurumun iddialarına görə, İşxan Saqatelyan və onun həyat yoldaşı barələrində açılmış cinayət işi çərçivəsində təxminən 680 min dollar dəyərində olan əmlaklarına qoyulmuş həbs qərarı səbəbindən həmin mülkiyyət üzərində sərəncam verə bilməzlər. İstintaq hərəkətlərinin məhz bu məsələ ilə bağlı olduğu bildirilir.

Bundan əlavə, Saqatelyan gəlirlər haqqında bəyannaməni vaxtında təqdim etməməkdə də ittiham olunur. İstintaq orqanı hər iki hüquqi icraatın bir cinayət işində birləşdirildiyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin