Ərdoğan Paşinyanı təbrik etdi

Hazırda oxunan: Ərdoğan Paşinyanı təbrik etdi

618703

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanda keçirilən parlament seçkilərində rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının qələbəsi münasibətilə Ermənistan Baş naziri Nikol Paşinyana təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, Ərdoğan 7 iyun 2026-cı il tarixində Ermənistanda baş tutan seçkilərdə qazanılan uğura görə Paşinyanı həm öz adından, həm də Türk xalqı adından ürəkdən təbrik edib və ona üçüncü dəfə hökuməti formalaşdırmaq işində uğurlar arzulayıb.

Türkiyə Prezidenti regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasında Paşinyanın yanaşmasını dəstəklədiyini ifadə edib:

"Bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olunması, habelə bu istiqamətdə zəruri əməkdaşlığın təmin edilməsi ilə bağlı strateji baxışınızın uğurla reallaşacağına tamamilə əminəm".

Məktubun sonunda Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyana möhkəm cansağlığı və rifah, Ermənistan xalqına isə tərəqqi və xoşbəxtlik arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin