Paşinyandan Ermənistanın KTMT-dən çıxarılması məsələsinə REAKSİYA

Hazırda oxunan: Paşinyandan Ermənistanın KTMT-dən çıxarılması məsələsinə REAKSİYA

618657

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakçı ölkələrinin onun təşkilatdan çıxarılması ilə bağlı qərarını nəzərə alacaq.

Bizim.Media “Armenpress”-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanı Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
 

“KTMT məsələsi ilə bağlı şərh verə bilmərəm. Bilirəm ki, KTMT-dən xaric edilmə mexanizmi var və o, fəaliyyət göstərir. Əgər iştirakçı ölkələr Ermənistanın KTMT-dən çıxarılması barədə qərar qəbul etsələr, biz bu qərarı nəzərə almağa məcbur olacağıq, biz başqa nə edə bilərik”, — Paşinyan qeyd edib.


Qeyd edək ki, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT-nin Ermənistanın təşkilatdan mümkün xaric edilməsi məsələsini nəzərdən keçirəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin