İlk rus imeratoru I Pyotrun qadınlara qarşı xüsusi həssasiyyəti olub. O xoşuna gələn bütün qadınları ələ almaq üçün hər şeyi edib. Bununla belə I Pyotrla gizli izdivacda olan qadınların sonrakı taleləri də dəhşətli və müəmmalı olub.
Rus imperatorunun məşuqələrindən biri gözəl Mariya da oxşar aqibətlər üzləşənlərdəndir...
Mariya Danilovna Hamiltonun əcdadları Rusiyaya İvan Qroznının hakimiyyəti dövründə gəlmişdilər. Qeyri-adi dərəcədə gözəl olan Mariya 1713-cü ildən Böyük Pyotrun həyat yoldaşı İmperatriça Yekaterina Alekseyevnanın xidmətçisi olub. Tarixçilərin yazdığına görə Pyotr Mariyanın görən kimi ona aşiq olur. Müxtəlif şirnikləndirici vədlərlə onu yatağına salır.
Məlumdur ki, Pyotr həyat yoldaşı Yekaterinadan həddindən artıq çəkinirdi. Ona görə də Mariya ilə münasibətlərini gizlətmək üçün qəribə üsula əl atır. Belə ki, Mariyanı saray əyanı olan İvan Orlovla evləndirir.
Pyotr Mariyadan heç cür uzaq qala bilmirdi.
Hətta xarici səfərlərinə Mariya və onun rəsmi həyat yoldaşı İvanı da aparırdı. Tarixçilər yazır ki, Mariya dəfələrlə Pyotrdan hamilə qalır. Amma hər dəfəsində bətnindəki dölü Pyotrun göstərişi ilə tələf edir.
Lakin imperatorla Mariyanın münasibətləri uzun sürmür. Gözlənildiyi kimi, imeratriça onların münasibətlərini öyrənir. I Pyotrun həyat yoldaşı Yekaterina Alekseyevna xəyanətin cavabı olaraq Mariya Hamiltonun edam edilməsini istəyir. Təbii ki, imperator bu tələbi yerinə yetirmək məcburiyyətində qalır.
Ancaq saray əyanlarına məsələ başqa cür izah edilir. Guya Mariya Yekaterinanın zinyət əşyalarını ourlayıb.
Beləcə gözəl Mariyanın qətlinə qərar verilir...
1719-cu ilin mart ayında xidmətçi xanımın başı kəsilir. Rus hökmdarı edamda şəxsən iştirak edir. İskelenin ətəyində o, Mariya Danilovnanı sonuncu dəfə öpür və ona dua etməsini söyləyir.
Edamdan sonra Pyotr özünü saxlaya bilmir. Mariyanın yerə düşmüş başını qaldırır və soyuq, qanlı dodaqlardan bir daha öpür. Sonra xaç çəkərək və başı kənara atır.
Böyük sevgi bununla bitmir...
Edamdan sonra imperatorun göstərişi ilə Mariya Hamiltonun başsız cəsədi dəfn olunur. Amma Mariyanın başı xüsusi məhlula qoyularaq şüşə qabda saxlanılır. Pyotr tez-tez sarayın zirzəmisinə düşərək Mariyanın şüşədəki başına tamaşa edirmiş. Bu Mariyanın nə qədər gözəl olduğunu, eyni zamanda Pyotrun sevgisini daim qəlbində yaşatdığını göstərir.
I Pyotrun ölümündən sonra Mariya Hamiltonun başı unudulur. Amma uzun illər Kunstkamera zirzəmilərində qiymətli əşya kimi qorunur. Sonradan Hamiltonun başının yanına daha bir baş da əlavə edilir. Bu başsa I Yekaterinanın sevimlisi Villim Monsa aid idi.
Çox sonralar bu "eksponatlar" həddindən artıq spirtli içki düşkünü olan Şahzadə Yekaterina Daşkova sayəsində aşkar edilir. Sonradan II Yekaterina da başları ziyarət edir. O, hər iki başın tapıldığı zirzəmidə basdırılmasına göstəriş verir.
Surxay Atakişiyev, Bizim.Media





































































































