Ermənistanda yekun seçici fəallığı AÇIQLANDI

Hazırda oxunan: Ermənistanda yekun seçici fəallığı AÇIQLANDI

617813

Mərkəzi Seçki Komissiyası İrəvan vaxtı ilə saat 20:00-a, yəni səsvermə məntəqələrinin bağlandığı ana olan seçici fəallığı barədə məlumatları açıqlayıb.

Bizim.Media bu barədə Ermənistan KİV-nə istinadla məlumat verir.
 

Belə ki, 2 milyon 503 min 976 seçicidən 1 milyon 476 min 597-si seçkilərdə iştirak edib ki, bu da təxminən 59%, daha dəqiq desək – 58,97% təşkil edir.


Bununla da seçici fəallığı əvvəlki seçkilərlə müqayisədə təxminən 10% daha yüksək olub.

2021-ci ilin parlament seçkilərində 1 milyon 281 min 174 seçici iştirak etmişdi ki, bu da o zaman 49,4% təşkil edib.

Seçicilərin üçdə birindən çoxunun yaşadığı İrəvanda fəallıq 58,46% (496 643) olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin