İranda ardarda zəlzələlər oldu

Hazırda oxunan: İranda ardarda zəlzələlər oldu

617773

Bu gün Tehranın şərqində yerləşən Pardis şəhərində iki dəqiqəlik fasilə ilə iki zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə” Mehr News” məlumat yayıb.

Seysmoloji məlumatlara görə, ilk zəlzələ saat 12:21-də Rixter cədvəli üzrə 2,6 bal gücündə baş verib. Yeraltı təkanın ocağı 9 kilometr dərinlikdə yerləşib.

İkinci zəlzələ isə saat 12:23-də 2,9 bal gücündə qeydə alınıb. Bu zəlzələnin episentri isə 7 kilometr dərinlikdə olub.

Hər iki zəlzələ nisbətən zəif qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin