Edmon Marukyandan İDDİA: "Hazırkı hakim komanda məğlub olacaq”

Hazırda oxunan: Edmon Marukyandan İDDİA: "Hazırkı hakim komanda məğlub olacaq”

617746

"İşıqlı Ermənistan" partiyasının baş nazirliyə namizədi Edmon Marukyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlama verib və gələcək parlamentin mənzərəsini proqnozlaşdırıb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, Marukyan hazırkı hakim komandanın məğlub olacağını iddia edib:

"Hesab edirəm ki, seçkilərin nəticələrinə görə, hazırda hakimiyyətdə olan “Mülki Müqavilə” partiyası müxalifətə keçəcək və parlamentdə onun təxminən 30 deputatı olacaq".
 

Siyasətçi hakimiyyətin formalaşdırılması məsələsində Nikol Paşinyanın rəhbərlik etdiyi partiyaya səs verməyəcəklərini və hər hansı koalisiya ehtimalını qəti şəkildə istisna etdiyini bir daha təkrarlayıb.


Seçici aktivliyinin yüksək olduğunu qiymətləndirən Marukyan bunun siyasi qüvvələrin uğurlu təşviqat kampaniyasının nəticəsi olduğunu bildirib:

"Biz heç nədən narahat deyilik. Əminəm ki, yeni parlament çoxpartiyalı olacaq. Düşünürəm ki, biz heç bir siyasi qüvvənin parlamentdə mütləq hakimiyyətə sahib ola bilməməsinə nail olmuşuq. Xalq səsvermənin nəticələri ilə bütün siyasi qüvvələrə öz şəxsi ambisiyalarını bir kənara qoymaq barədə ciddi siqnal göndərəcək. Bundan əlavə, seçki prosesində qanun pozuntularına yol verən, o cümlədən seçiciləri pulla ələ alan hər bir şəxs aşkar edilməli və mütləq cəzalandırılmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin