Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkədə keçirilən parlament seçkiləri fonunda İrəvan-Moskva münasibətlərinin mövcud vəziyyəti və gələcək perspektivləri barədə danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Xarici siyasət idarəsinin rəhbəri Rusiya ilə əlaqələrin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu vurğulayıb:
"Rusiya ilə münasibətlərin “sağlamlaşdırılmasına” ehtiyac var. Bu proses isə parlament seçkilərindən sonra baş tutacaq".
Mirzoyan həmçinin əlavə edib ki, İrəvanda Rusiyadan verilən bütün bəyanatları və tətbiq edilən məhdudiyyətləri diqqətlə izləyiblər. O, Moskvanın bu addımlarının seçki prosesi ilə əlaqəli ola biləcəyinə eyham vuraraq, "Bu cür addımları qeyri-ixtiyari olaraq seçki prosesi ilə bağlamaq olar, lakin qarşılıqlı münasibətlərdə hər şey baş verir", — deyə qeyd edib.
Xatırladaq ki, bu gün Ermənistanda növbəti parlament seçkiləri keçirilir.
Bizim.Media

- A-
- A
- A+
Region
11:36 / 07.06.2026
Ararat Mirzoyan: "Rusiyadan verilən bütün bəyanatları diqqətlə izləyirik”
Hazırda oxunan: Ararat Mirzoyan: "Rusiyadan verilən bütün bəyanatları diqqətlə izləyirik”
Hazırda oxunan: Ararat Mirzoyan: "Rusiyadan verilən bütün bəyanatları diqqətlə izləyirik”
617704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































