Ermənistan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) seçki prosesinə cəlb olunmuş bütün şəxslərə — komissiya üzvlərinə, texniki avadanlıqlar üzrə mütəxəssislərə, etibarlı şəxslərə, KİV nümayəndələrinə və müşahidəçilərə səsvermə günü saat 20:00-da qədər seçkiqabağı təşviqatın qadağan olunduğunu xatırladıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yer alıb.
MSK-nın yaydığı rəsmi bəyanatda geyim məsələsinə xüsusi diqqət yetirilməsi xahiş olunur:
"Hər kəsi geyim seçiminə diqqətlə yanaşmağa çağırırıq ki, bu geyimlər heç bir şəkildə seçkilərdə iştirak edən siyasi qüvvələrlə əlaqələndirilməsin. Seçiciləri də üzərində seçkilərdə qeydiyyata alınmış siyasi qüvvələrin nömrələrinə (rəqəmlərinə) uyğun gələn geyimlər geyinməməyə çağırırıq".
Bizim.Media

- A-
- A
- A+
Region
21:55 / 06.06.2026
Ermənistan MSK-dan seçicilərə çağırış: Üzərində rəqəm olan geyimlər geyinməyin
Hazırda oxunan: Ermənistan MSK-dan seçicilərə çağırış: Üzərində rəqəm olan geyimlər geyinməyin
Hazırda oxunan: Ermənistan MSK-dan seçicilərə çağırış: Üzərində rəqəm olan geyimlər geyinməyin
617630
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































