Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) kremlyönümlü "Güclü Ermənistan" partiyasından deputatlığa namizəd olan altı şəxs barəsində cinayət təqibinin başlanmasına razılıq verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Sözügedən şəxslər seçiciləri ələ almaqda (seçki rüşvətxorluğu) və külli miqdarda pul vəsaitlərinin yuyulmasında şübhəli bilinirlər. Ermənistan İstintaq Komitəsinin artıq barələrində həbs qərarı çıxardığı fiqurantlar arasında Vahe Tavakalyan, Hayk Avakyan, Vahe Yeqiazaryan, Susan Badoyan, Aşot Saakyan və Artur Abramyan var.
Nəzarət orqanının məlumatına görə, prokurorluq cinayət təqibinə razılıq verilməsi barədə vəsatəti iyunun 5-də təqdim edib.
Diqqətçəkən məqam odur ki, bir qədər əvvəl eyni cinayət işi çərçivəsində blokun lideri, rusiyalı oliqarx Samvel Karapetyanın ən yaxın adamlarından biri olan Alik Aleksanyan da həbs edilib.
Bizim.Media

- A-
- A
- A+
Region
19:35 / 06.06.2026
Ermənistanda rusiyayönümlü "Güclü Ermənistan" partiyasının namizədləri həbs edilir - MSK razılıq verdi
Hazırda oxunan: Ermənistanda rusiyayönümlü "Güclü Ermənistan" partiyasının namizədləri həbs edilir - MSK razılıq verdi
Hazırda oxunan: Ermənistanda rusiyayönümlü "Güclü Ermənistan" partiyasının namizədləri həbs edilir - MSK razılıq verdi
617602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































