Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Bizim.Media xəbər verir ki, 3 vaqondan ibarət çəkisi 210 ton olan buğda, 2 vaqondan ibarət çəkisi 140 ton olan arpa və 1 vaqondan ibarət çəkisi 69 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Bizim.Media

- A-
- A
- A+
Region
15:58 / 04.06.2026
Növbəti yük qatarı Biləcəridən Ermənistana yola salındı – VİDEO
Hazırda oxunan: Növbəti yük qatarı Biləcəridən Ermənistana yola salındı – VİDEO
Hazırda oxunan: Növbəti yük qatarı Biləcəridən Ermənistana yola salındı – VİDEO
617223
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































