Rusiyadan Ermənistan məhsullarına növbəti QADAĞA

Hazırda oxunan: Rusiyadan Ermənistan məhsullarına növbəti QADAĞA

616630

Ermənistandan çəyirdəkli meyvələrin və təzə üzümün Rusiyaya tədarükü iyunun 2-dən etibarən məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
 

Qurumun məlumatına görə, məhdudiyyətlər siyahısına həmçinin albalı, gilas, ərik, gavalı və nektarin də daxildir. Nəşrdə qeyd olunur ki, Ermənistandan Rusiyaya meyvə idxalı zamanı qayda pozuntularının sayı kəskin artıb.


"Aşkarlanma hallarının tez-tez təkrarlanması Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsinin fəsadlarından xəbər verir. Belə ki, struktur islahatları nəticəsində bu səlahiyyətlər İqtisadiyyat Nazirliyinə həvalə olunub", - deyə məlumatda bildirilir.

"Rosselxoznadzor" rəsmiləri vurğulayıblar ki, iqtisadiyyat qurumu, ehtimal ki, struktur problemləri ilə üzləşir və verilən səlahiyyətlərin öhdəsindən gələ bilmir.
 

Məhdudiyyətlər həmçinin onunla əsaslandırılır ki, meyvə tədarükü ilə bağlı yaranmış vəziyyət Rusiyanın və Aİİ (Avrasiya İqtisadi İttifaqı) ərazisinin fitosanitar təhlükəsizliyini, eləcə də ölkədə sənaye tipli bağçılıq, meyvəçilik və üzümçülüyün dövlət tərəfindən dəstəklənməsi proqramlarının icrasını təhlükə altına qoyur.


İyunun 2-də Ermənistan həmçinin Rusiyaya tədarük edilən diri balıq və balıq məhsullarının baytarlıq sertifikatlaşdırılmasını dayandırmalı olacaq

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin