İranın ABŞ və İsraillə münaqişəsi hələ başa çatmayıb. Tehran bütün istiqamətlərdə müdafiə mövqeyini qorumaqda davam edir.
Bizim.Media xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
O, İran XİN yanında Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunda çıxışı zamanı deyib ki, müharibənin başa çatdığını söyləmək çətindir.
“Müharibə bütün cəbhələrdə başa çatmayınca sülhə zəmanət verilə bilməz. Buna görə də İran öz milli təhlükəsizliyini riskə ata bilməz. İran yüksək hazırlıq vəziyyətində qalmaqda və müxtəlif cəbhələrdə müdafiə mövqeyi tutmaqda davam edəcək”, - deyə diplomat bildirib.
Xətibzadənin sözlərinə görə, İranın məqsədi “təcavüzkarı məğlub etmək” və ABŞ-ın İran daxilində hər hansı hədəfinə çatmasına imkan verməməkdir.
O qeyd edib ki, hazırda əsas diqqət bu müharibənin dayandırılmasına və onun əsas səbəblərinin aradan qaldırılmasına yönəlməlidir.
“Biz İslamabadda və ondan sonra aparılan danışıqlarda təklif etdiyimiz kimi, bununla məşğul olacağıq”, - deyə İran XİN rəsmisi vurğulayıb.
Xətibzadə bildirib ki, ABŞ və İsrail zərbələri nəticəsində eskalasiyanın yeni mərhələsindən sonra İran çoxillik Amerika təzyiqinə “birdəfəlik” son qoymaq qərarına gəlib.
“12 günlük müharibədən sonra bildirmişdim ki, belə bir hal təkrarlansa, İran təmkinli, ölçülü və proqnozlaşdırıla bilən şəkildə davranmayacaq. Çünki varlıq uğrunda müharibə başqa müharibədir. Bu da baş verdi. İran amerikalıların onilliklər əvvəl başladığı bu təcavüzə birdəfəlik son qoymaq qərarına gəlib”, - deyə o əlavə edib.
Diplomat ABŞ-ın 1979-cu il İslam İnqilabından sonra İrandan çıxarılmasını Vaşinqtonun Tehranla münasibətlərində əsas səbəblərdən biri kimi göstərib.
Bizim.Media

- A-
- A
- A+
Region
16:52 / 29.04.2026
İran XİN: “ABŞ-la müharibə hələ başa çatmayıb”
Hazırda oxunan: İran XİN: “ABŞ-la müharibə hələ başa çatmayıb”
Hazırda oxunan: İran XİN: “ABŞ-la müharibə hələ başa çatmayıb”
610160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































