İran Hörmüz boğazından keçidlə bağlı yeni qaydalar haqqında qanun hazırlayır.
Bizim.Media xəbər verir ki, bu barədə İslam Respublikası Məclisinin (parlament) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi məlumat verib.
"Hörmüz boğazının təhlükəsizlik planı"nın hüquqi və beynəlxalq aspektlərini nəzərdən keçirmək üçün çoxsaylı iclaslar keçirilib. Bu plan parlament açılan kimi icbari qanun şəklində qəbul ediləcək və icra olunması üçün hökumətə göndəriləcək", — deyə Məclisin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Borucerdi qeyd edib ki, İran Mərkəzi Bankı Hörmüz boğazından keçid üçün rüsumların yığılması məqsədilə İran rialı, yuan, dollar və avro ilə 4 xüsusi hesab açıb, lakin rəqəmsal valyuta infrastrukturu işə düşdükdən sonra ödənişlərin rial ilə edilməsi icbari tələb olacaq.
Bizim.Media





































































































