Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

Hazırda oxunan: Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

609020

"İran danışıqlarda heç vaxt nüvə bombası yaratmaqdan danışmayıb və "10 bomba" iddiası qarşı tərəfdən irəli sürülüb".

Bizim.Media xəbər verir ki, bu barədə İsmail Bəqayi kanala açıqlamasında deyib.

Bəqayi həmçinin "İranın nüvə bombası" məsələsini "20 illik xəyali rəvayət" adlandırıb və iddia edib:

"Dünya iyirmi ildən çoxdur ki, İranın nüvə bombası haqqında rəvayətdən qorxur və bu rəvayətin mənşəyi İsraildir."

Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ ilə danışıqlara girməyi rejimin ümumi qərarı hesab edərək deyib:

"Son raundda narahatlıqları həll etmək məqsədilə onların və bizim nöqteyi-nəzərimizdən İranın nüvə hüquqlarını təmin etməkdə ilkin anlaşma üçün bəzi əsas parametrlər barədə razılığa gəlinib. Müvafiq olaraq, qarşı tərəfin təklifi ilə məsələnin texniki aspektlərini müzakirə etmək üçün Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iştirakı ilə görüş keçirilməsi qərara alınıb. Bu, iki tərəf arasında son birgə razılaşmadır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin