İran Rusiyaya SÖZ VERDİ: Hörmüzdəki gəmilərinə kömək edəcəyik!

Hazırda oxunan: İran Rusiyaya SÖZ VERDİ: Hörmüzdəki gəmilərinə kömək edəcəyik!

608310

İran Rusiya gəmilərinin və yüklərinin Hörmüz boğazından maneəsiz keçməsini təmin etmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat dərc edilib.
 

Nazirliyin açıqlamasına görə, 20 apreldə Rusiya xarici işlər naziri Sergey Lavrov İran xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Söhbət zamanı iranlı diplomat rusiyalı həmkarına ABŞ-ın atəşkəs pozuntuları, o cümlədən Hörmüz boğazının qanunsuz dəniz blokadası və İran konteyner gəmisinin ələ keçirilməsi ilə bağlı İslam Respublikasının mövqeyini çatdırıb.


"İran tərəfi Rusiya gəmilərinin və yüklərinin yuxarıda adı çəkilən su yolundan maneəsiz keçməsini təmin etmək üçün əlindən gələni etməyə hazır olduğunu təsdiqləyib", - Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin