Hörmüz boğazı İranın nəzarəti altındadır

Hazırda oxunan: Hörmüz boğazı İranın nəzarəti altındadır

607984

Hörmüz boğazı İranın nəzarəti altındadır.

Bizim.Media "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

"ABŞ-nin minadan təmizləmə cəhdinə qarşı çıxdıq və bunu atəşkəsin pozulması kimi qiymətləndiririk, toqquşma mərhələsinə qədər irəlilədik, lakin düşmən geri çəkilib", - o bildirib və İslamabadda ABŞ nümayəndə heyətinə bununla bağlı xəbərdarlıq etdiyini əlavə edib:
 

"İslamabadda dedim ki, əgər onların minaaxtaran gəmisi öz yerindən bir zərrə belə irəli getsə, biz qətiyyətlə atəş açacağıq. Geri qayıtmaq əmri vermək üçün 15 dəqiqə vaxt istədilər. Bu gün boğazda gediş-gəliş həyata keçirilirsə, nəzarət bizim əlimizdədir".


Qeyd edək ki, aprelin 18-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının yenidən bağlandığını elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin