Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu “report.az”a bildirib.
O qeyd edib ki, hər iki toplantının bu il keçirilməsi nəzərdə tutulub:
"Əvvəlcə Türküstanda - Qazaxıstanın ev sahibliyi ilə qeyri-rəsmi dövlət başçıları zirvə toplantısı olacaq. Ardınca isə ilin sonuna doğru Türkiyənin ev sahibliyində rəsmi zirvə keçiriləcək. Ümid edirik ki, bu iki zirvədə həm birliyimiz daha da güclənəcək, həm də bölgəmizdəki xaos və müxtəlif coğrafiyalardakı qeyri-sabitliklər qarşısında Türk dünyasının necə bir əhəmiyyət daşıdığını, nümunə olduğunu birlikdə göstərəcəyik".
Bizim.Media

- A-
- A
- A+
Region
19:24 / 18.04.2026
TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək
Hazırda oxunan: TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək
Hazırda oxunan: TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək
607941
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































