Sumqayıtda sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb.
Bizim.Media “Xəzərxəbər”ə istinadən xəbər verir ki, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bildirilir ki, Ruslan Məmmədxanov iki azyaşlı uşaq atası olub. Şahidlərin sözlərinə görə, qatarın maşinisti hadisədən əvvəl səs siqnalından istifadə edib. Lakin bu, faciənin qarşısını almağa kifayət etməyib.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.Media-ya bildirilib ki, 17 sentyabr saat 22:45 radələrində Pirşağı-Sumqayıt sahəsində hərəkətdə olan sərnişin qatarının qarşısına qəflətən bir nəfər çıxıb:
“Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
ADY bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə edərək keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət bu cür arzuolunmaz hallara səbəb olur”.
Daha ətraflı videomaterialda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:00 / 21.09.2026
Sumqayıtda FACİƏ: Qatar 38 yaşlı kişini öldürdü - VİDEO
Hazırda oxunan: Sumqayıtda FACİƏ: Qatar 38 yaşlı kişini öldürdü - VİDEO
Hazırda oxunan: Sumqayıtda FACİƏ: Qatar 38 yaşlı kişini öldürdü - VİDEO
637765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































