26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində media nümayəndələri üçün Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.
Mediaturlar çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar.
Media nümayəndələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdən birində olub, burada xidmət edən hərbi qulluqçularla görüşüblər.
Hərbi qulluqçular Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə ediblər, Azərbaycan Ordusuna xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

- A-
- A
- A+
Cəmiyyət
20:52 / 22.06.2024
Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib - FOTO/VİDEO
Hazırda oxunan: Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib - FOTO/VİDEO
Hazırda oxunan: Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib - FOTO/VİDEO
198536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































