xa0
Qanuni Sultan Süleyman artıq komaya düşmüşdü, ölmək üzrəydi. Gəzə bilmirdi, ayağa qalxa bilmirdi, amma bu əsgərlərindən gizlədilirdi. Çünki əks halda əsgərlərdə ruh düşgünlüyü yaranacaq və geri qayıdcaqdılar. Çox keçmir, 1566-cı ilin 7 senytabrında Möhtəşəm Süleyman vəfat edir.
Ancaq Mehmed Paşa yenə də əsgərlərə heç nə bəlli etmir. Kimsə bilmədən cəsədi yuyulur, cənazə namazı qılınır. Daha sonra daxili orqanları çıxarılır və elə yatdığı yerin altında torpağa basdılır. İy verməməsi üçün bədəninin xarici hissəsi isə müxtəlif maddələrlə örtülür və xa0tabuta qoyulur.
Ertəsi günü Zigetvar qalası alınır. Sultan Süleymanın ölümü düz qırx səkkiz gün gizlədilir. Həatta o onun adından Hatt-ı Hümayunlar belə yazılır. Qalib gəlmiş ordunun qarşısına isə ona oxşadığı üçün Həsən Ağa çıxarılır. Sultan Süleymanın libasını geyindirdikləri Həsən Ağa ordunu salamlayır və qayıdış səfəri başlayır. Bu səfərdə heç kəsin bilmədiyi, xəbər tutmadığı bir ölü vardı ki, o da Qanuni Sultan Süleyman idi. xa0
Cəsədin iy verməsi isə belə əngəllənib:
Bildiyiniz kimi cənazənin iy verməsinə mane olan bir üsul olan mumiyalama İslamda qadağandır. Ancaq zəruri hallarda mumyalanmağa göz yumulur. Xəstə vəziyyətdə çıxdığı səfərdə ölən Qanuni Sultan Süleymana da mumyalanma tətbir edilir. Səbəbini dərhal müəyyən edəcək bu qoxunun qarşısını almaq üçün Sultanın bədəni əvvəlcə ətirli sularla yuyur. İmalə edilərək daxilindəki maye boşaldılır və yerinə qızılgül şirəsindən ibarət olan bir qarışım vurur. Ağız burunu tərkibində bal vəmüxtəlif bitkilər olan məlhəmlə silinir. Bədəni son olaraq müşk və ənbərlə yuyulur.
12 nəfər lə qılınan cənazə namazından sonra cəsədi böyük yatağın altında basdırılır. Padşahın yatağına isə onun cüssəsində olan biri yatırılır. xa0
Bu şəkildə Şahzadə Səlim Kütahyadan Belqrada gələnə və rəsmi açıqlama verilənə qədər Sultan Süleymanın cansız bədənini iy vermədən mühafizə etmək mümkün olur.xa0Rəsmi dəfn mərasimi isə haradasa 50 gün sonra reallaşdırılır.xa0
Hazırladı: Zəhra




































































































