“Ramiz Mehdiyevin modeli qələbə çaldı...”x9d - Həmid Herisçi

Hazırda oxunan: “Ramiz Mehdiyevin modeli qələbə çaldı...”x9d - Həmid Herisçi

142588
Tanınmış yazar Həmid Herisçi Böyük Britaniyada Avropa İttifaqından çıxmaq üçün keçirilmiş referenduma münasibət bildirib.

Moderator.az xəbər verir ki, o, səsvermənin nəticəsi haqda fikrini bildirərkən “Avropa batır”x9d ifadəsindən istifadə edib. Həmid Herisçi bununla Azərbaycan Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin dəstəklədiyi modelin qələbə qazandığını qeyd edib.

Yazarın fikirlərini olduğu kimi təqdim edirik:

“Geopolitik təfəkkür fövqəlinsana məxsusdu. Növruzəlilər, untermenşlər isə ən yaxşı halda siyasi təfəkkürə malikdirlər.

Britaniya referendumu multikulturizmə, qlobalizmə yox dedi. Ramiz Mehdiyevin “suveren demokratiya”x9d modeli qələbə çaldı... Avrointeqrasiya arxivə göndərildi. Merkel, Olland Putinə məğlub oldular. Tezliklə onların istefası gözlənilir...

Ukrayna, Latviya, Litva, Estoniya, Polşa avara qaldılar. Yunanıstana axan alman pulları göyə sovruldu... Seymur Baycanın Avropa, Gürcüstan sevdası suya düşdü...

Avropa batır, bəli, cənablar... Gedin ağlayın...

Ərdoğan, bunu duyub, tez Putindən üzr istədi... Üfüqlərdə İsrail-Rusiya-Türkiyə işbirliyi görünür...

Azərbaycanda bunu çoxdan deyənlər vardı... Ramiz Mehdiyev kimi...”x9d

“Ramiz
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin