u200bu200bu200bu200bu200bu200bu200bAzad edilmiş ərazilərdə ilkin invertarlaşma işləri tamamlanıb

Hazırda oxunan: u200bu200bu200bu200bu200bu200bu200bAzad edilmiş ərazilərdə ilkin invertarlaşma işləri tamamlanıb

612823

Azad edilmiş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin invertarlaşdırılması və mühafizəsi ilə bağlı tədbirlər davam etdirilib.

Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Xocalı, Kəlbəcər və Laçın rayonlarında ilkin invertarlaşma işləri tamamlanıb, 12,3 min ədəd tikili, 1,8 min ədəd infrastruktur obyekti olmaqla, ümumilikdə 14,1 min ədəd daşınmaz əmlakın çöl invertarlaşma işləri tamamlanıb.

1,6 min km avtomobil yolunun, 292 km elektrik verilişi, 45 km qaz təchizatı, 19 km su təchizatı xətlərinin, 249 km suvarma şəbəkəsi xətlərinin ilkin invertarlaşdırılması başa çatdırılıb, 849 min hektar torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq, elektron məlumat bazasına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin