“Heydər Əliyev məni təkidlə icra başçısı göndərmək istəyirdi...”x9d

Hazırda oxunan: “Heydər Əliyev məni təkidlə icra başçısı göndərmək istəyirdi...”x9d

168805
Moderator.az saytında “Heydər Əliyev Hacı Əbdül haqqında: “Meymuna oxşayan adam...”x9d”x9d başlıqlı yazıdan (moderator.az/news/168174.html) sonra “Tövbə”x9d Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül xa0bizə telefon açaraq həmin yazıda haqqında səsləndirilənlərə kəskin etirazını bildirdi və qarşı tərəf kimi öz rəyini bildirmək haqqından yararlanaraq məqalədəki bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə geniş müsahibə vermək istəyini ifadə etdi. Əməkdaşımız Hacı Əbdüllə görüşərək ona mövzunun əsas məqamlarıyla bağlı maraqlı suallar ünvanlayıb:

“Məni Xalq Cəbhəsi həbs etdi, Heydər Əliyev isə azad etdirdi...”x9d

-Hacı, sizin kəskin etirazınıza səbəb olmuş xa0məlum yazıda mərhum eks-prezident Heydər Əliyevin 1991-ci ilin sentyabrında, hələ Naxçıvan MR Ali Sovetinin sədri olduğu günlərdə etdiyi çıxışlardan birində sizin xa0barənizdə söylədiyi kəskin ifadələri əks etdirən video-görüntüyə istunad edilir. Eyni zamanda qeyd edilir ki, siz 1991-ci ildə prezident seçkilərində yuxarı yaş senzinin götürülməsi ilə bağlı Heydər Əliyev tərəfdarlarının parlament binası qarşısında keçirdiyi aksiyaya hücum çəkən dəstəyə başçılıq etmisiniz. Həmçinin, parlamentdə H.Əliyevə qarşı çıxışlar etmisiniz. Bir sözlə, ona qarşı müxalif mövqedə olmusuz. Heydər Əliyevin sizin adınızı çəkdiyi sözügedən çıxışı olub. Bu, faktdır. Bəs sizin bütün bu deyilənlərə qarşı arqumentləriniz nədən ibarətdir?

- Bismillahir rəhmanir rəhim! Əvvəla, onu deyim ki, mən 1993-cü ilədək Heydər Əliyevi yaxından görməmişəm, görüşməmişəm. Həm də mənim Heydər Əliyev əleyhinə çıxış etməyim də yadıma gəlmir. Və onu da vurğulayım ki, mən o illərdə Heydər Əliyevə qarşı müxalifətdə ola da bilməzdim. Nəyə görə? Çünki mən onun o vaxtkı hadisələrdə hər hansı fəaliyyətinin şahidi olmamışam axı, ona qarşı da çıxış edim. Mən AXC rəhbərlərinin fəaliyyətlərinin şahidi olmuşam və onların bəzi xoşagəlməz hərəkətlərinə qarşı çıxışlar etmişəm. Özü də onlara qarşı mən saxta yox, həqiqi müxalifətdə olmuşam. Özləri də bunu gözəl bilirdi. Odur ki, cəbhəçilər hakimiyyətə gələn kimi məni xa0qondarma bir “əsas”x9dla həbs etdilər. Məhkəməsiz-filansız bir ildən çox zindanda yatdım. Hətta qaldığım kameraya qaz buraxaraq məni öldürtmək də istədilər. Alınmadı, amma ağır xəstələndim... Bəs məni həbsdən kim azad etdirdi? Heydər Əiyev. Məntiqlə düşünək. Mən Heydər Əliyevə qarşı necə müxalif olmuşam, lap tutaq ki, necə düşmən olmuşam ki, o, hakimiyyətə gələn kimi məni azad etdirdi?..

“Heydər Əliyev məni Moskvaya müalicəyə göndərdi...”x9d

- Bildiyimə görə, sizi müalicəyə də göndərib Heydər Əliyev?

- Bəli, Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə gələn gününün, səhv etmirəmsə, ertəsi günü məni həbsdən azad etdirdi və dərhal Moskvaya müalicəyə göndərtdi. Əgər mən ona müxalifətdə olsaydım, heç məni azad etdirməzdi.

“Lalə Şövkət dedi ki, Heydər Əliyevlə sənin parlamentdəki çıxışlarını bir kasetə yığıb təkrar-təkrar baxmışıq...”x9d

- Bəs Moskvadan müalicədən qayıdandan sonra Heydər Əliyevlə münasibətləriniz necə olub?

- Moskvadan qayıdan kimi o vaxt deputat olan mərhum Rafael Allahverdiyev mənimlə görüşüb dedi ki, dövlət katibi Lalə Şövkət Hacıyeva səni qəbul etmək istəyir. Lalə xanımın qəbuluna getdim. O, məni hörmətlə qarşıladı. Və söhbət zamanı dedi ki, xa0Hacı, biz Heydər Əliyevlə sənin parlamentdəki bütün çıxışlarını bir kasetə yığıb bəlkə 10 dəfə təkrar baxmışıq. Və həmin çıxışlarında qərəzli bir fikrə rast gəlməmişik. Odur ki, Heydər müəllim belə qərara gəlib ki, səni Xızı rayonuna icra başçısı göndərsin. Qalx yuxarı, xa0kabinetində səni gözləyir. Lalə xanım, yaşayır bu gün, Allah şahididir...xa0

“Heydər Əliyev 3 dəfə təkid etdi ki, səni Xıziya icra başçısı göndəririk...”x9dxa0

Mən getdim Heydər Əliyevin qəbuluna. Gördüm ki, mənim şəxsi işim masasının üstündədir. Heydər müəllim ədəb-ərkanla dedi ki, xa0bəs belə məsləhət olub ki, səni Xızıya icra başçısı göndərək. Dedim, vallah, Heydər müəllim, mən xəstəyəm, inciməyin, gedə bilmərəm. Cavab verdi ki, xəstəsənsə, hələlik müavinlərin işləsin, sonra özün çıxarsan işə. Yenə dedim ki, inciməyin, mənim üçün işləmək xa0çətin olacaq. Boğazımdan əməliyyat olmuşam. Səsim tutulub, zorla danışıram.

“Bu barədə Əli Ömərovdan, Məhərrəm Əliyevdən soruşun...”x9d

Sizi inandırıram ki, bu məsələ ilə bağlı Heydər Əliyev məni düz 3 dəfə qəbula çağırdı. Ancaq hər dəfə imtina etdim. Çünki həqiqətən xəstə idim və o vəziyyətdə rayonu idarə edə bilməzdim. Xülasə, bunları söyləməkdə xa0məqsədim odur ki, mənim guya Heydər Əliyevə müxalifətdə olmağım barədə söz-söhbət əsassız, mənasız və məntiqsizdir. Heydər Əliyevin Hacı Əbdülə münasibətinin necə olması barədə o dövrün deputat və hökumət adamlarından soruşmaq lazımdır. Məsələn, Əli Ömərovdan, Məhərrəm Əliyevdən...

- Bəs 1991-ci ildə necə olub ki, Heydər Əliyev sizin haqqınızda elə ifadələr işlədib?

“Yadınızda, 1990-cı illərdə Maştağada da başqa bir Hacı Əbdül vardı...”x9d

- Hesab edirəm ki, o vaxt Heydər Əliyevin Naxçıvanda mənim barəmdə kəskin ifadələr işlətməsinə səbəb haqqımda ona kimlərinsə yanlış məlumatlar çatdırması olub. Əvvəla, mən maştağalı Hacı Əbdül deyiləm, mən Xızı rayonundanam. Heydər Əliyev orda deyir ki, o, yəni Hacı Əbdül Maştağada göysatandı. Yadınızda, 1990-cı illərdə Maştağada da Hacı Əbdül adında siyasi proseslərdə fəal iştirak edən bir şəxs vardı. Yadınızdadırmı?

”x9dTövbə”x9d Cəmiyyəti Rafael Allahverdiyevin “Ayıqlar”x9d Cəmiyyətinin bazasında yaranıb...

-Bəli. Yadıma düşdü. Həmin Hacı Əbdül rəhmətə gedib.Yəni, deyirsiz, məlum çıxışında onu nəzərdə tutub Heydər Əliyev?

- Xeyr. Deyə bilmərəm onu nəzərdə tutub. Ancaq bəllidir ki, mənim barəmdə ona yanlış məlumat veriblər. Mən 1980-ci illərdən SSRİ-də ilk dəfə alkoqolizmə, narkomaniyaya qarşı mübarizə, insanları dinə-imana gətirmək məqsədilə “Tövbə”x9d Cəmiyyəti yaratmışam. Mənə bu işdə xa0o vaxt Heydər Əliyevin ən yaxın adamlarından olan, sonradan Bakının meri olan mərhum Rafael Allahverdiyev çox kömək etmişdi. Onun indiki Sahil bağının yanında “Ayıqlar”x9d Cəmiyyəti var idi. Həmin qurumun iqamətgahını, öz xidməti avtomobilini vermişdi bizim cəmiyyətə. Eləcə də Azərbaycanın bütün rayonlarındakı şöbələrinin mülkünü də ixtiyarımıza vermişdi ki, Cəmiyyəti yaratmaqda çətinlik çəkməyək.xa0
Ümumiyyətlə, mən Heydər Əliyevlə münasibətlərim barədə çox danışaram. Sadəcə, istəmirəm xalq bunu başqa cür başa düşsün. Qoy özləri bayaq dediyim kimi, o vaxt işləmiş dövlət adamlarından soruşsunlar...xa0

“Bizim əsas məqsədimiz Xocalı faciəsinin sirlərinin açılması idi...”x9d

- Bəs sizin 1991-ci ildə yuxarı yaş senzinin götürülməsi ilə bağlı parlament qarşısında aksiya keçirən Heydər Əliyev tərəfdarlarına hücum edən dəstəyə başçılıq etməniz barədə nə deyə bilərsiniz? Bu da olmayıb?

- Bu da yanlış xa0məlumatdı. Əvvəla, bu hadisə 1991-ci ildə yox, 1992-ci ildə baş verib. Xocalı soyqırımından sonra biz də bütün xalq kimi tələb edirdik ki, bununla bağlı yaradılmış komissiya faciənin sirlərini və günahkarlarını açsın- xalq xa0gerçəyi bilsin. Ona görə də Ali Sovetin qarşısında çadırlar qurub mitinqlər keçirirdik. Bir gün də eşitdim ki, kimlərsə gəlib oraqa çıxış edib tamam başqa mövzulardan, seçkidən-filandan danışır. Ona görə də göstəriş verdim ki, onları oradan uzaqlaşdırsınlar. Daha mən bilmədim ordakılar, kimdi, haralıdı, kimin tərəfdarlarıdı. Kim olsaydı, qovacaqdıq. Çünki o zaman xalqın əsas tələbi Xocalı faciəsinin açılması idi. Biz də buna çalışırdıq. Və bu səbəbdən də meydanlarda xalqın fikrini əsas məqsəddən yayındıracaq çıxışlara imkan verməməyə çalışırdıq...

Hacı Əbdül 1918-ci ildə Bakını daşnak-bolşevik birləşmələrindən azad etmiş Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşa barədə ASDP sədri, deputat Araz Əlizadənin əksinə olaraq hansı fikirləri söylədi?xa0

Hacı Əbdülün rəhbərlik etdiyi, 2013-cü ildə prezident seçkiləri öncəsi yaradılmış “Vətən Naminə Xalq Birliyi”x9d Hərəkatı hazırda hansı istiqamətdə fəaliyyət göstərir?

Moderator.az-ı izləyin!

Sultan Laçınxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin