Türkiyənin Bursa şəhərində yaşayan Elvin Korkmaz adlı 30 ildir şəxsiyyət vəsiqəsi olmadan yaşayır.
Bizim.Media xəbər verir ki, bu barədə “Habertürk” telekanalının materialında qeyd olunub.
E.Korkmazın sözlərinə görə, körpə olarkən Azərbaycanda valideynləri ayrılıb və o, ailəsi tərəfindən uşaq evinə verilib. Ayrılıqdan sonra onun valideynləri fərqli ölkələrə gedib. Elvini isə sonradan ata nənəsi özü ilə Türkiyəyə aparıb.
Lakin onun doğum şəhadətnaməsi olmadığından bütün səylərə baxmayaraq, Türkiyədə şəxsiyyət vəsiqəsi almaq mümkün olmayıb.
Daha ətraflı videoda:
Bizim.Media
































































































