Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradıldı – Foto

Hazırda oxunan: Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradıldı – Foto

645118

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mediasiya Şurasının nümayəndələri ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Konfederasiyanın həyata keçirdiyi son islahatlara həsr edilən film nümayiş olunub.

Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi, vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin həmkarlar hərəkatının inkişafı üçün yaratdığı əlverişli mühitin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sosial təşəbbüslərinin xüsusi önəmini vurğulayıb.
 

Həmkarlar hərəkatının fəaliyyətindən, işçilərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışan Konfederasiya sədri bildirib ki, həmkarlar ittifaqları sistemində rəqəmsal həllər tətbiq olunur, üzvlər üçün xidmətlərin əlçatanlığı artırılır, sosial layihələrin əhatə dairəsi genişləndirilir.


Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatının yaradılmasının əhəmiyyətini qeyd edən Konfederasiya sədri bu addımın əmək hüquqlarının kollektiv şəkildə müdafiəsinə, sağlam əmək münasibətlərinin inkişafına və həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxışında ölkəmizdə mediasiya institutunun fəaliyyətindən, bu sahənin inkişafı üçün yaradılan imkanlardan, mübahisələrin məhkəmədənkənar həllində təsisatın rolundan söz açıb.

Mediatorların peşəkarlığının artırılması, onların hüquqi və təşkilati baxımdan dəstəklənməsi istiqamətində görülən işlərdən də bəhs edən Nadir Adilov əməkdaşların həmkarlar ittifaqlarında birləşməsinin bu sahədə əlavə imkanların yaradacağını vurğulayıb.

Sonda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Mediasiya Şurasının ilk həmkarlar ittifaqı təşkilatının Birliyə üzv qəbul edilməsi barədə sənədi təşkilatın sədri Kamil Lətifova təqdim edib.

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradıldı – Foto - foto 1
Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradıldı – Foto - foto 2
Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradıldı – Foto - foto 3
Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradıldı – Foto - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin