Ağdamda keçmiş qayınanasını dişləyən gəlin cərimələndi

Hazırda oxunan: Ağdamda keçmiş qayınanasını dişləyən gəlin cərimələndi

645110

Ağdamda qayınanasına xəsarət yetirən qadın saxlanılıb.

Bizim.Media “Lent.az”a istinadən xəbər verir ki, hadisə Baharlı-2 qəsəbəsində qeydə alınıb.
 

26 yaşlı Bəsti Əsədova (şərti adla) həmin qəsəbədə yaşayan keçmiş qayınanası, 56 yaşlı Şükufə Əhmədovanın (şərti adla) evinə gələrək uşaqlarını görmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Şükufə Bəstini döyərək, yerlə sürüyüb. Bəsti də keçmiş qayınanasının başından vuraraq, sinəsindən dişləyib.


Faktla bağlı hər iki qadın saxlanılaraq, barələrində müvafiq protokol tərtib olunub.

Onların hər ikisi ifadəsində bir-birindən şikayətçi olduqlarını və qarşı tərəfin cəzalandırılmasını istəyiblər.

Məhkəmənin qərarı ilə keçmiş qayınana və gəlinin hər biri 300 manat məbləğində inzibati qaydada cərimələniblər.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin