Rusiyanın Voronej vilayətində Anapa–Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarının vaqonu dron hücumu zamanı zədələnib, beş sərnişin xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.
Hadisə Somovo stansiyasında baş verib. Xəsarət alanlara tibbi yardım göstərilir.
Tresvyatskaya–Somovo–Otrоjka–Voronej dəmir yolu sahəsində qatarların hərəkəti dayandırılıb, bərpa briqadaları işə başlayıb. Cənub istiqamətinə gedən sərnişin və şəhərətrafı qatarların gecikəcəyi gözlənilir.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin sözlərinə görə, bölgədə dron hücumu nəticəsində ümumilikdə 17 nəfər xəsarət alıb, iki nəfər ölüb. Yaralıların əhəmiyyətli hissəsi, o cümlədən ağır vəziyyətdə olan iki nəfər hərəkətdə olan qatara dron qalıqlarının düşməsi nəticəsində xəsarət alıb.
Bizim.Media































































































