Ukrayna ordusu bu istiqamətdə əks-hücuma keçdi - Rusiyanın planları pozuldu

Hazırda oxunan: Ukrayna ordusu bu istiqamətdə əks-hücuma keçdi - Rusiyanın planları pozuldu

644253

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları Rusiyanı Aleksandrovka istiqamətində elit hərbi bölmələrini yerləşdirməyə məcbur edib.

Bizim.Media xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildiriblər.
 

Belə ki, Ukrayna qüvvələri bu istiqamətdə yavaş, lakin taktiki baxımdan əhəmiyyətli uğurlar qazanır. Bu irəliləyiş uzunmüddətli perspektivdə Rusiyanın Aleksandrovka və Qulyaypole ərazilərindəki logistikasına və əməliyyatlarına təhlükə yarada bilər.


Oktyabrın 25-də hərbi müşahidəçi Konstantin Maşovets Ukrayna qüvvələrinin Perebudova, Komar və Fyodorovka yaşayış məntəqələrini azad etdiyini, həmçinin Skudnı istiqamətində irəlilədiyini bildirib.

ISW-nin qeyd etdiyinə görə, Ukraynanın davamlı əks-hücumları Rusiya komandanlığını dəniz piyadaları və 90-cı tank diviziyasının bölmələrini bu istiqamətə göndərməyə vadar edib.

Həmin qüvvələrin bir hissəsinin Qulyaypole və Drujkovka istiqamətlərində hücum əməliyyatlarını dəstəkləməsi nəzərdə tutulurdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin