Xəyanətin BƏDƏLİ – Boşanma zamanı təzminat ödəyəcəklər?

Hazırda oxunan: Xəyanətin BƏDƏLİ – Boşanma zamanı təzminat ödəyəcəklər?

644262

Son zamanlar boşanmaların sayı kəskin artıb. Bunun ən çox rast gəlinən səbəblərindən biri də xəyanətdir.  

Maraqlıdır ki, bəzi ölkələrdə xəyanət edən şəxs boşanma zamanı qarşı tərəfin tələbinə uyğun olaraq pul ödəyir.

Bəs, ölkəmizdə belə bir praktika varmı?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB


Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Mustafayev deyib ki, o praktikasında belə halla rastlaşmayıb:

“Amma qanunla belə bir iddianın məhkəmə qaydasında irəli sürülməsi mümkündür. Əgər şəxs ailə münasibətlərində xəyanətlə qarşılaşıbsa və bunu tam sübut edə bilirsə, məhkəmədə iddia qaldırmaqda tam haqlıdır. Təbii ki, son söz məhkəmənindir. Amma bütün hallarda şəxsin belə bir hüququ var ki, ona dəymiş mənəvi ziyana görə kompensasiya tələb etsin.

Lakin sübutlar kifayət qədər əsaslı olmalıdır. Yəni xəyanət nəticəsində şəxs güclü iztirablar, əzablar keçiribsə və bu hadisədən sarsılıbsa, onun hüququ var ki, iddia qaldırsın. Belə iddiaların da perspektivləri var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin