Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Şəmkir və Göygöl Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində bir sıra 10 kV-luq hava xətlərində yenidənqurma işləri aparılacaq.
“Azərişıq” ASC-dən Bizim.Media-ya bildirilib ki, görüləcək işlərlə əlaqədar Şəmkirin Çinarlı kəndində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Həmçinin Göygöl rayonu Əlimədədli və Nadil kəndlərində saat 14:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:30 / 26.10.2026
Şəmkir və Göygöl sakinlərinin NƏZƏRİNƏ!
Hazırda oxunan: Şəmkir və Göygöl sakinlərinin NƏZƏRİNƏ!
Hazırda oxunan: Şəmkir və Göygöl sakinlərinin NƏZƏRİNƏ!
644254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































