Ukraynalı aktrisa Polina Vasilina bir neçə il əvvəl mənzilinin qarət olunmasından və hadisənin onun həyatına təsirindən danışıb.
Bizim.Media xəbər verir ki, “Dəli toy” filminin və “Çerkassıdan Romeo və Cülyetta” serialının ulduzu yaşadıqlarının onu ciddi şəkildə sarsıtdığını bildirib.
Aktrisanın sözlərinə görə, qarətdən əvvəl təhdid və təqiblərlə üzləşib. O, hadisədən sonra uzun müddət özünü təhlükəsiz hiss etməyib, psixoterapevtlə işləyib və tez-tez panik ataklar keçirib.
Vasilina bildirib ki, baş verənlərin nəticələrini hələ də hiss edir. O, yeni mənzilə köçdükdən sonra pandemiya səbəbindən işsiz qaldığını və borclarının yarandığını da qeyd edib.
Bizim.Media



































































































