Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "Volkswagen" markalı avtomobil "Mercedes" lə toqquşub.
İlkin versiyaya görə, "Volkswagen" markalı avtomobilin sürücüsü Pərviz Hüseynov ötmə əməliyyatını həyata keçirərkən öz yolu ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilin yoluna çıxıb.
Qəza zamanı "Mercedes"ın sürücüsü idarəetməni itirib və maşın aşıb.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü İsmayıl Bayramov və maşında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
21:49 / 27.09.2026
Gəncədə ağır qəza: Xəsarət alan var- FOTO
Hazırda oxunan: Gəncədə ağır qəza: Xəsarət alan var- FOTO
Hazırda oxunan: Gəncədə ağır qəza: Xəsarət alan var- FOTO
639089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































