Acun Ilıcalı "Fənərbağça"ya 10 milyon avro borcludur - Aziz Yıldırım açıqladı

Hazırda oxunan: Acun Ilıcalı "Fənərbağça"ya 10 milyon avro borcludur - Aziz Yıldırım açıqladı

639083

"Fənərbağça" prezidenti Aziz Yıldırım klubun ümumi yığıncağında Acun Ilıcalı ilə bağlı açıqlama verib. O, "Exxen"in yayım hüquqlarından "Fənərbağça"ya 10 milyon avro borcunun qaldığını bildirib.

Bizim.Media  xəbər verir ki, məlumatı "Nefes" agentliyi yayıb.

Yıldırımın sözlərinə görə, ödənişin aprelin 15-də ediləcəyi bildirilsə də, bu baş verməyib. O, borcun sabah ödəniləcəyinin deyildiyini qeyd edib.
 

"Acunu da deyim, içim rahatlasın. "Exxen"in yayım hüquqlarından 10 milyon avro borcu qalıb. Aprelin 15-də ödəyəcəklərini dedilər, ödəmədilər. Sabah ödəyəcəklərini deyiblər. Ödəsələr, təşəkkür edərik", - Yıldırım bildirib.

 

Yıldırım, həmçinin "Fənərbağça"nın dörd ay ərzində 190 milyon avro vəsait yaratdığını, klubun ümumi gəlirinin isə 197 milyon 454 min 995 avro olduğunu açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin