Ukraynanın Arktikaya misli görünməmiş hücumu: Qərb narahatdır

Hazırda oxunan: Ukraynanın Arktikaya misli görünməmiş hücumu: Qərb narahatdır

636024

Ukraynanın Rusiyanın Arktikadakı qaz obyektlərinə endirdiyi misilsiz zərbələr Rusiya energetika sektorunun yeni zəif tərəflərini və qlobal qaz bazarı üçün potensial fəsadlarını ortaya çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
 

Ukrayna PUA-ları sentyabrın 9-da Şimal Qütb dairəsindən cənubda, Rusiya təbii qazının təxminən 80%-nin hasil edildiyi Yamal regionundakı iki kondensat emalı zavoduna zərbə endirmək üçün 3 200 kilometrdən çox məsafə qət ediblər. Hücum zamanı istifadə olunan "FP-1" PUA-larının istehsalçısı "Fire Point" şirkəti bunun PUA zərbələri tarixində məsafə üzrə yeni rekord olduğunu açıqlayıb.


Bu hücumlar hələ də Yamal yarımadasından böyük həcmdə durulaşdırılmış təbii qaz (AQT / LNG) alan Avropada ciddi təşvişə səbəb olub. Yaxın Şərqdəki münaqişə fonunda artıq yüksəlmiş etalon qaz qiymətləri son üç ildə ilk dəfə meqavat-saat üçün 80 avronu keçib.

Avropanı qorxudan əsas amillər

Avropa bazarlarının ən böyük narahatlığı Rusiyanın ən iri durulaşdırılmış qaz zavodu olan "Yamal AQT"nin hədəf alınma ehtimalıdır. Yanvarın 1-dən bu zavoda idxal qadağası tətbiq edilsə də, həmin vaxtadək Aİ-yə tədarük davam edir.

Qətərdən AQT ixracının dayanması səbəbindən Avropada qaz qiymətləri keçənilki səviyyəni iki dəfədən çox üstələyir. Rusiyadan gələn qazın kəsilməsi qışa aşağı ehtiyatlarla girən Avropanı son mənbələrdən birindən də məhrum edə bilər.
 

Ekspertlərin fikrincə, hücumlar neft obyektlərindən ixtisaslaşmış qaz ixracı qovşaqlarına keçərsə, bu, qlobal qaz bazarlarında struktur kəskinləşməsinə gətirib çıxaracaq.


Qeyd edək ki, hazırda Rusiya qazı Avropanın ehtiyaclarının təxminən 10%-ni ödəyir. Ukrayna hələlik AQT zavodlarını vurduğunu bəyan etməsə də, regionda "Yamal AQT" ilə yanaşı, Rusiyanın illik 20 milyon tonluq istehsal hədəfi üçün kritik önəm daşıyan "Arktik AQT 2" obyekti də yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin