“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz – Video

Hazırda oxunan: “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz – Video

636016

Metronun “Koroğlu” stansiyasının qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzinin girişində  5.9 nişanı (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün) quraşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov sosial şəbəkə hesabında video paylaşıb.

Belə ki, bu nişanla minik avtomobillərinin ikinci cibə daxil olması, orada sərnişin mindirib-düşürməsi qadağan edilib.
 

Bildirilib ki, yenilik ərazidən keçən müntəzəm və ekspress marşrut xətlərinin ayrılması, hərəkətin daha keyfiyyətli təşkil edilməsi məqsədilə tətbiq olunub.


Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, həmin yola daxil olaraq qaydaları pozan sürücülər 100 manat + 2 bal həddində cərimə edilirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin