Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq müddəti 4 aya endirilib

Hazırda oxunan: Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq müddəti 4 aya endirilib

636033

Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsinə hazırlıq müddəti müasir texnologiyaların tətbiqi və toplanmış təcrübə hesabına 12 aydan təxminən 4 aya endirilib.
 
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev məlumat verib.

O bildirib ki, şəhər sakinləri və sürücülərin rahatlığını təmin etmək məqsədilə 2026-cı ildə tranzit dəhlizlərinin sayı 6-ya çatdırılacaq.

Həmçinin Üzeyir Hacıbəyli küçəsində əlavə tranzit dəhlizi təşkil olunacaq. Həmçinin son üç ildə inşa edilən 4 yeni tribuna hesabına azarkeş tutumu 6 min yer artırılıb və ümumi tutum 21 min nəfəri ötüb.
 

Qeyd olunub ki, yarışın infrastrukturu yerli mütəxəssislərin iştirakı ilə qurulur. Hazırlıq və təşkilati işlərə 1400-dən çox mühəndis və texniki heyət, yarış həftəsində isə 1500 əməkdaş, 2000 könüllü və 1100 marşal cəlb olunacaq.


Xatırladaq ki, yarış sentyabrın 24-26-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin