Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.
Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
































































































