ABŞ-ın 2029-cu ilin yanvarınadək prezidenti olacaq Donald Tramp Ukrayna-Rusiya müharibəsinin onun prezidentliyi dövründə başa çatacağına inandığını bildirib.
Bizim.Media xəbər verir ki, foxnews-a müsahibə zamanı Tramp bu prosesin niyə daha tez baş vermədiyinə dair sualları cavablandıraraq, hər iki liderlə yaxşı münasibətləri olduğunu qeyd edib.
Rusiya lideri Vladimir Putinlə müharibənin dayandırılması barədə danışıqlarına toxunan Tramp təfərrüata varmadan öz mövqeyini belə ifadə edib:
"Mən ona həmişə eyni şeyi deyirəm: 'Vladimir, artıq dayanmağın vaxtıdır. Bu müharibəyə son qoymaq lazımdır'".
Trampın sözlərinə görə, Putin sövdələşməyə hazırdır.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
17:26 / 15.07.2026
Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO
Hazırda oxunan: Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO
Hazırda oxunan: Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO
625487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































