Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO

625003

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.

Bizim.Media xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 33 yaşlı Eldar Zeynalov və 30 yaşlı Tahib Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, onlar gecə saatlarında rayonun 28 May qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə üç min manatdan artıq vəsaiti talayıblar.

Saxlanılan şəxslərin törətdikləri oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin