Bakı–Quba yolunda yanacaqdaşıyan maşın AŞDI: Yanğın oldu - VİDEO

Hazırda oxunan: Bakı–Quba yolunda yanacaqdaşıyan maşın AŞDI: Yanğın oldu - VİDEO

624923

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 60-cı kilometrliyində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
 

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “MAN” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobilin yanacaq çəni hissəsində baş vermiş yanğın kabinəyə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində avtomobilin qoşqusunda olan yanacaq çəni və ətrafa dağılmış yanacaq 500kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb. Avtomobilin kabinəsi və ətraf ərazilər yanğından mühafizə olunub", - məlumatda bildirilib.

Qeyd edilib ki, hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin