ABŞ-ın Pensilvaniya ştatında müşahidə olunan qeyri-adi təbiət hadisəsi yerli sakinləri və meteoroloqları təəccübləndirib.
Bizim.Media xəbər verir ki, səmada qeydə alınan "skad" (scud) adlı buludlar görünüşünə görə fırlanan tornadonu xatırladıb.
Meteoroloji baxımdan "skad" – fırtına buludlarının altında, rütubətli və qeyri-sabit hava şəraitində formalaşan aşağı, qeyri-müntəzəm formalı bulud kütlələridir. Onlar öz forması və hərəkəti ilə tez-tez əsl tornado ilə səhv salınır, lakin tornado kimi yerlə təmasda olan və fırlanan mərkəzə malik deyil.
Mütəxəssislər izah edirlər ki, bu buludlar aşağı atmosfer təzyiqi və yüksək rütubət nəticəsində yaranır. Onlar çox vaxt qorxulu və dağıdıcı tornado təəssüratı yaratsa da, əslində təhlükəsiz hava hadisəsidir. Buna baxmayaraq, belə buludların müşahidə edilməsi atmosferin həmin an fırtına üçün kifayət qədər "həssas" və rütubətli olduğunu göstərir.
Bizim.Media


































































































