İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

Hazırda oxunan: İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

624823

İspaniyanın Pamplona şəhərində keçirilən ənənəvi "San-Fermin" festivalı bu il də ağır insidentlərlə yadda qalıb. İyulun 6-dan 14-dək davam edən tədbir çərçivəsində təşkil olunan "ensierro" (buğaların küçələrlə qovulması) zamanı artıq 13 nəfər xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb.

Xəsarət alanlar arasında ABŞ-dan gələn 29 yaşlı bir turist də var; o, buğanın əlindən yaralaması nəticəsində xəstəxanaya yerləşdirilib. Digər iştirakçılar isə müxtəlif dərəcəli əzilmələr, kəsiklər və sınıqlarla tibb müəssisələrinə çatdırılıblar.

Hər səhər keçirilən bu qaçış zamanı minlərlə cəsur könüllü 825 metr uzunluğundakı marşrutda buğalarla çiyin-çiyinə qaçır.

Risklərə baxmayaraq, festival hər il dünyanın hər yerindən on minlərlə turisti özünə cəlb edir. Statistikaya görə, 1924-cü ildən bəri bu yarışlar zamanı 16 nəfər həyatını itirib. Qeyd edək ki, sonuncu ölüm faktı 2009-cu ildə qeydə alınıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin