Xəzər rayonunda açıq ərazidə yanğın söndürüldü – VİDEO/YENİLƏNİB

Hazırda oxunan: Xəzər rayonunda açıq ərazidə yanğın söndürüldü – VİDEO/YENİLƏNİB

620247

Xəzər rayonunda açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Yanğın nəticəsində açıq ərazidə 15 hektar sahədə kol-kos və məişət tullantıları yanıb.

Yaxınlıqda yerləşən tikililər və istixana yanğından mühafizə olunub.

*** 14:32

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin