24 nəfərin həyatını itirdiyi hücumdan geriyə qalanlar... – FOTO/VİDEO

Hazırda oxunan: 24 nəfərin həyatını itirdiyi hücumdan geriyə qalanlar... – FOTO/VİDEO

613271

Rusiya tərəfindən Kiyevdə yaşayış binasına endirilən raket zərbəsindən sonra aparılan axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.
 

Ukrayna Prezidenti qeyd edib ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti əməkdaşları bir sutkadan çox fasiləsiz çalışıblar. Onun sözlərinə görə, raket zərbəsi nəticəsində binanın bütöv bir giriş hissəsi demək olar ki, tamamilə dağıdılıb.


Zelenski bildirib ki, hücum nəticəsində 24 nəfər həlak olub, onların arasında üç uşaq da var. Bundan əlavə, Kiyevdə əvvəlki gün həyata keçirilən hücum zamanı ümumilikdə 48 nəfər yaralanıb, yaralılardan ikisi uşaqdır.

Ukrayna lideri həlak olanların yaxınlarına başsağlığı verib, evsiz qalan və yaralanan şəxslərə lazımi yardımın göstərilməsinin vacibliyini vurğulayıb.

Zelenski həmçinin Rusiyanı sərt tənqid edərək bildirib ki, “mülki insanların, o cümlədən uşaqların ölümünə səbəb olan bu cür hücumlar normallaşdırıla bilməz”.

O əlavə edib ki, Ukrayna Avropanı və dünyanı bu cür hücumlardan qoruyur və buna görə də ölkəyə dəstək davam etməlidir. Zelenski anti-ballistik müdafiə sistemlərinin əhəmiyyətini xüsusi vurğulayaraq tərəfdaş ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, mayın 14-nə keçən gecə Rusiyanın Kiyevə hava hücumu nəticəsində zərbələrdən biri yaşayış binasını hədəf alıb. Ölənlərin xatirəsini yad etmək üçün bu gün Kiyevdə matəm elan olunub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin