Moskva vilayətində ayı insanların olduğu küçəyə çıxıb.
Bizim.Media xəbər verir ki, həmin anlar ətrafdakılar tərəfindən lentə alınıb.
Kadrlarda ayı balasının bir neçə avtomobilin hərəkət etdiyi yolu keçərək yaşayış binalarına doğru getdiyi görünür. O, yolu keçsə də, sonra hara getdiyi məlum deyil.
Ayının yaşayış ərazisinə gedib-getmədiyi bilinmir.
Əvvəllər bu yırtıcı heyvanların Mojaysk, Şaxovski və Taldomski rayonlarında yaşayış məntəqələri yaxınlığında gəzdiyi bildirilirdi.
Rusiyanın biologiya elmləri namizədi Pavel Qlazkov bildirib ki, onlar yemək axtarır və meşədə hələ giləmeyvə olmadığı üçün qida tullantılarının qoxusu onları cəlb edir.
Bizim.Media




































































































