“Tehran zənginləşdirilmiş uranın ixracını nəzərdən keçirmir”.
Bizim.Media xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi bu gün keçirilən brifinqdə bildirib.
"İranın zənginləşdirilmiş uranın ABŞ-a və ya başqa bir ölkəyə ötürülməsi məsələsi nə hazırkı, nə də əvvəlki danışıqların heç bir mərhələsində qaldırılmayıb. Ümumilikdə, bu variant İranın gündəliyində deyil", - deyə Bəqayi bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp cümə günü ABŞ-ın İrana gedərək “bütün nüvə tozunu toplayacağını” demişdi.
Bizim.Media




































































































