Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Azyaşlının həyatını təhlükəyə atdı – VİDEO

Hazırda oxunan: Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Azyaşlının həyatını təhlükəyə atdı – VİDEO

607610

Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını heçə sayıb.

Bizim.Media xəbər verir ki, avtomobili idarə edən xanım sözügedən qayda pozuntusunun videosunu öz sosial şəbəkə hesabında paylaşıb.

Bildirilir ki, görüntünü paylaşan İlahə Xudu qızı adlı şəxs özəl bağçalardan birinin müdirəsi və inkişaf mərkəzinin rəhbəridir.
 

Kadrlarda azyaşlı uşağın avtomobilin ön oturacağında əyləşdiyi görünür. Qanunvericiliyə görə, bu yaşda uşaqların ön oturacaqda oturmasına icazə verilmir.


Eyni zamanda, qadın sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib və hər iki əlini sükandan çəkib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin