Aslan İsmayılov mitinq iştirakçılarının sayından narazıdır

Hazırda oxunan: Aslan İsmayılov mitinq iştirakçılarının sayından narazıdır

34179

“İnsanların mitinqə gəlməsi, bu mitinqdə iştirak etməsi məni qane etdi”. Bu sözləri Moderator.az saytına açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. A.İsmayılovun bildirdiyinə görə, bu, xalqın oyanış ərəfəsində olduğunu göstərir: “Bu, özlüyündə çox müsbət bir hadisədir. İnsanlarda oyanma əhval-ruhiyyəsi var. Lakin mitinqdə iştirak edənlərin sayı göstərdi ki, hələ tam oyanmamışıq. Şəxsən mən mitinq iştirakçılarının sayının daha çox olmasını gözləyirdim”.

A.İsmayılovun bildirdiyinə görə, insanların bir çoxu öz narazılığını ifadə etmək üçün mitinqlərə qatılmaq zəhmətinə qatlaşmaq istəmir: “Mitinqlərin bundan sonra da davam etdirilməsi məqsədəuyğundur. Mitinqlər təşkil etmək, orada çıxış etmək o demək deyil ki, dövlət çevrilişi etmək niyyətindəyik. Sadəcə, mitinqdə iştirak etmək hakimiyyətə nə qədər narazı insan olduğunu göstərmək baxımından əhəmiyyətlidir. Çox heyf ki, bizim millət onu anlamır. Öz narazılıqlarını “kuxnada” bildirirlər. Lakin 2 saatlıq mitinqə vaxt ayırmağa tənbəllik edirlər”.

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin