Aygün Bəylərdən şok qərar

Hazırda oxunan: Aygün Bəylərdən şok qərar

34882
Səs tembri və ifası ilə bir çox müğənniləri kölgədə qoyan əməkdar artist Aygün Bəylər səhnəni birdəfəlik tərk etdi. Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, müğənni bu qərarını ATV-Maqazin proqramına açıqlayıb. 

O, öz qərarını dəhşətli vəziyyətdə olan şou-biznesin bir hissəsi olmaq istəməməsi ilə izah edib: "Mən artıq oxumuram, oxumaqdan daha ciddi bir sənətlə məşğul olmaq qərarına gəldim. Hətta toylarda və tədbirlərdə də oxumayacam. Şou-biznes mənlik deyil. Yeksənəklikdən yoruldum, həyatımı dəyişməyə, özümü bütünlüklə qızıma və yeni işimə həsr etməyə qərar verdim".

Bəylər bildirib ki, əvvəlki imicini qaytarıb - saçını qısa kəsdirib, kişi paltarı geyinir, çünki belə özünü daha rahat hiss edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin